Şokolad markası Tayvan reklamına görə Çindən üzr istədi – FOTObackend

Şokolad markası Tayvan reklamına görə Çindən üzr istədi - FOTO

ABŞ-ın “Mars” şirkəti şokolad markası “Snickers”in dərc etdiyi reklama görə üzr istəməli olub.

KONKRET.az “Global Times”a istinadən xəbər verir ki, buna səbəb şirkətin mikrobloq platforması olan “Weibo”dakı reklam videolarında Tayvanı müstəqil ölkə kimi təqdim etməsi olub.

Daha sonra reklam videoları yayımdan çıxarılıb.

Çin dövlət mediası xəbəri “Twitter” səhifəsində paylaşaraq təsdiqləyib.

Həmçinin şirkət öz paylaşımında ​​Çinin təbii suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*