SON DƏQİQƏ: 11 yaşlı qızını zorlayan ögey ata bu qədər cəza ala bilər: Bəs ölüm HÖKMÜ? – AÇIQLAMAbackend

SON DƏQİQƏ: 11 yaşlı qızını zorlayan ögey ata bu qədər cəza ala bilər: Bəs ölüm HÖKMÜ? - AÇIQLAMA

İmişlidə 11 yaşlı uşağın başına gətirilən müsibəti dünyanın bütün illərində törədilən bəşəri cinayətlərlə müqayisə etsək, şübhəsiz ki tərəzidə birinci hadisə (11 uyaşlı uşağın ögey atası tərəfindən dəfələrlə təcavüzə məruz qalması və uşaq dünyaya gətirməsi) qat-qat ağır gələcək. Sözsüz ki, heç bir cinayət cəzasız qalmır. Həm İlhahi ədalət, həm də məhkəmədə hakim törədilən bu cinayəti cəzasız qoymayacaq. İlahi mühakiməni bizlər bəlkə də bu dünyada görə bilməyəcəyik, amma hakimin 11 yaşlı uşağın təkcə bədəninə deyil, həm də ruhuna, psixologiyasına və həyatına etdiyi təcavüzə kəsdiyi cəzadan yəqin ki, xəbərimiz olacaq. 5-10-15 il cəza, yaxud ən uzağı ömürlük HƏBS. Bəs görəsən bu cəzaların hər hansı biri dünyanın gedişini dərk etmədən özü uşaq dünyaya gətirən, həyatının masum çağlarını yaşamadan təcavüzə məruz qalıb vaxtından çox-çox əvvəl böyüməyə məcbur buraxılan 11 yaşlı balaca qızcığazın yarasına məlhəm ola biləcəkmi? Əlbəttə ki, XEYR. Ən yüngül formada desək, şərəfsiz bir varlığın 11 yaşlı ögey qızına qarşı etdiyi hərəkətin bəlkədə nə bu, nə də o biri dünyada layiqli cəzası yoxdur. Cəmiyyət isə sanki bu hadisənin şokundan hələ ayılmayıb və qana susayıbmış kimi, həmin o şərəfsizə ölüm hökmü tələb edir. Amma Azərbaycanda 1998-ci ildən ölüm hökmü ləğv edilib. O zaman sual yaranır…

Görəsən belə hadisələri törədənlərə qarşı ölüm hökmünün bərpası mümkündürmü?

KONKRET.az-ın sualını tanınmış Hüquqşünas, vəkil Əsabəli Mustafayev cavablandırıb. Hüquqşünasın sözlərinə görə, belə cinayət törədən manyaklara qarşı insanların əsəb və nifrəti başadüşüləndir: “Bu şəxslərin ciddi şəkildə cəzalandırılması və onlara qarşı ölüm hökmü cəzasının tətbiqinin tələb olunması nifrətdən doğur. Lakin Azərbaycan istəsə də, ölüm hökmünü nə bu şəxslərə, nə də kütləvi qətl törədən canilərə qarşı tətbiq edə bilməz. Çünki Avropa Şurasına daxil olmamışdan öncə Azərbaycan ölüm hökmünü ləğv edib və üzərinə bunu bərpa etməyəcəyi ilə bağlı öhdəlik götürüb. Avropa Şurasına daxil olan 47 ölkədə də ölüm hökmü ləğv olunub. Məhkəmə hökmü ilə heç kimə qarşı ölüm cəzası tətbiq edilə bilməz. Digər hansısa cəzanın bu kimi cinayətlərdə tətbiqi bəlkə də mümkün ola bilər. Məsələn, bəzi ölkələrdə belə cinayət törədən pedofillərə və manyaklara qarşı (xüsusən də azyaşlı uşaqlara qarşı törədildikdə)  seksual imkanlardan məhrum etmə (cinsi orqanın kəsilməsi) cəzası tətbiq olunur. Amma hazırda Avropa ölkələrində belə bir cəzanın tətbiq edildiyinə inanmıram”.

Bank hesabım üzərində həbs olduğu üçün vəkillik fəaliyyətimi dayandırmalı olacağam” - ƏSABƏLİ MUSTAFAYEV » YeniSözçü qəzeti

Əsabəli Mustafayevin sözlərinə görə, təəssüflər olsun ki, biz ancaq bu nifrətlə kifayətlənməli olacağıq: “Bu hadisəni törədən manyakı isə cinayət məcəlləsinə müvafiq olaraq 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir. Ən təhlükəli məqam isə odur ki, belə insanlar azadlığa çıxırlar. Bu qədər kin və qəzəbdən sonra həmin cinayəti törədən şəxsin azadlığa çıxdıqdan sonra Azərbaycanda qalıb yaşayacağına inanmıram. Hər bir halda qanun budur ki, ölüm hökmü tətbiq etmək olmaz və cəzası yalnız azadlıqdan məhrum etməkdir”.

Vəkil əlavə edib ki, pedofilləri xacə etmək ( cinsiyyət orqanının kəsilməsi) tələbləri Rusiyada çox geniş yayılıb və hətta bu barədə rəsmi müzakirələr də aparılıb: “Ancaq son qərar qəbul edilməyib. Xacə prosesi isə iynə vurmaqla həyata keçirilir. Hətta Amerikada da ölüm hökmü ineksiya vasitəsi ilə həyata keçirilir. Hadisələr geniş tüğyan etsə, gələcəkdə ola bilər ki. bizdə də belə qərar qəbul edilsin, ancaq mən buna inanmıram”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*