SON DƏQİQƏ: “Azərbaycan Qərbi və Şərqi Zəngəzuru birləşdirə və köçkünləri orada yerləşdirə bilər”backend

SON DƏQİQƏ: “Azərbaycan Qərbi və Şərqi Zəngəzuru birləşdirə və köçkünləri orada yerləşdirə bilər”

Zəngəzurda yaşayan 40 min ermənidən 7.5 mini artıq bölgəni tərk edib. Bu barədə Rusiyanın birinci dərəcəli dövlət müşaviri Modest Kolerov deyib. O bildirib ki, belə davam etsə, əhali gedəcək, Zəngəzur isə boş qalacaq. Bəs görəsən belə bir vəziyyətdə Şərqlə yanaşı Qərbi Zəngəzurun da tam olaraq Azərbaycanın nəzarətinə keçməsi və vaxtilə oradan deportasiya edilən azərbaycanlıların yerləşdirilməsi mümkündürmü?.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın təxribatları Azərbaycanı əks cavab tədbirləri görməyə vadar edib: “Demək olar ki, bu döyüşlər delimitasiya və demarkasiya olunmayan ərazilərdə baş verib. Döyüşlərdən təşvişə düşən və bu ərazilərdə yaşayan ermənilər isə köçməyə başlayıblar. Bu isə təəccüblü deyil. Təbii ki, Qərbi Zəngəzur tarixi Azərbaycan ərazisidir. Azərbaycanın razılığı olmadan 1929-cu ildə SSRİ tərəfindən Ermənistana verilib. Sonrakı mərhələdə isə azərbaycanlılar həmin ərazilərdən deportasiya ediliblər. Delimitasiya və demarkasiya prosesi aparılmadığından həmin ərazilər də Azərbaycana məxsusdur. Odur ki, Azərbaycan öz tarxi torpaqlarını tanıtmaq hüququna malikdir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, bu zaman rəsmi Bakı Qərbi və Şərqi Zəngəzuru birləşdirib köçkünləri Qərbi Zəngəzurda yerləşdirə bilər. Düşünürəm ki, prosesi buna doğru aparmalıyıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Garachanta
    Sentyabr 20, 2022 - 22:17

    Qərbi Azərbaycan İcması nə ilə məşöuldur məlum deyil….deyəsən qrant almayıb hələ…torpaqlarımıza qayıdış üçün nə ediblər…Ağbaba, ,Şörəyel, Göyçə, Zəngibasar, İrəvan., və s. Populizmdən bezdik…Hərəkət edə bilmirsinizsə deməli invalidsiniz…Yazıqlar Olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*