SON DƏQİQƏ! Bakı-Tbilisi-Bakı sərnişin qatarına biletlərin QİYMƏTLƏRİ AÇIQLANDIbackend

SON DƏQİQƏ! Bakı-Tbilisi-Bakı sərnişin qatarına biletlərin QİYMƏTLƏRİ AÇIQLANDI

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə KONKRET.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, minimum qiymətlər Yevlax–Tbilisi üzrə 67 manat, Gəncə–Tbilisi üzrə 62 manat, Ağstafa–Tbilisi üzrə 57 manat, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.

Marşrut üzrə səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*