Ermənistan hökuməti İsrail hücumlarından zərər çəkmiş Livan əhalisinə humanitar yardım göndərilməsi məqsədilə Türkiyə ərazisindən tranzit daşımalar həyata keçirmək barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, qərara əsasən, Ermənistan–Türkiyə sərhədində yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsi humanitar yüklərin keçidi üçün 12–22 iyun tarixlərində açıq olacaq.
Hökumətin qərarından göründüyü kimi, bu addım Türkiyə tərəfi ilə də razılaşdırılıb.
Xatırladaq ki, iki ölkə arasındakı sərhəd Ankara təşəbbüsü ilə uzun illərdir bağlı qalır.
Rəsmi sənəddə bildirilir ki, qərar Livanda İsrail hücumlarından zərər çəkmiş sakinlərə, o cümlədən erməni icmasının nümayəndələrinə humanitar dəstək göstərilməsi məqsədi daşıyır.
Qeyd edək ki, ötən il Türkiyə “Marqara” sərhəd-keçid məntəqəsini Ermənistandan Suriyaya humanitar yüklərin çatdırılması üçün də müvəqqəti açmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
