Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət təklifə cavab verib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Azərbaycanın verdiyi təkliflərə cavab olaraq bildirilir ki, Ermənistan nizamlama prosesini beynəlxalq arenaya keçirməyi və vasitəçi qismində ATƏT-in Minsk qrupunu cəlb etməyi planlaşdırır:
“Ermənistan Azərbaycanın təkliflərini rədd etmir. Yalnız Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində bu təkliflər üzrə növbəti danışıqları öz üzərinə götürür. Tərəflərin bəyanatları hələ ki, konkret danışıqlar prosesi ilə nəticələnmədiyindən və hər iki ölkənin birbaşa danışıqlarda zəngin təcrübəsi olmadığından Ermənistan bu prosesin beynəlxalq platformada, vasitəçilərin iştirakı ilə aparılmasını məqsədəuyğun hesab edir” – deyə açıqlamada bildirilir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
