Ukrayna hərbçiləri V hərfi ilə işarələnmiş düşmən texnikası karvanını axtarırlar.
KONKRET.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, bunlar Ukraynaya xüsusi tapşırıqla gələn xüsusilə təhlükəli terrorçulardır. Texnika Kiyevə doğru hərəkət edir.
“Çox vacibdir. Biz Kiyev vilayətinin və Kiyevin bütün vətəndaşlarına müraciət edirik! Bu kolonun yerini görən, yazan, bilən hər kəs Ukrayna müdafiəçilərinə təcili məlumat təqdim etməli və ya mümkünsə, onların sonrakı hərəkətinə imkan verməməlidir. Bu, çox vacibdir! Ukraynaya eşq olsun!”, – deyə xəbərdarlıqda bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
