Bakıda “Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Qaynarinfo hüquq mühafizə orqanlarından məlumat əldə edib.
Bildirilir ki, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov 25 sutka həbs edilib.
Xatırladaq ki, aprelin 25-də yüksək vəzifədə işlədiyi bildirilən məmur idarə etdiyi “Lexus” markalı 10 VX 707 dövlət nişanlı avtomobildən düşərək motoroller sürücüsünə yumruq zərbələri endirib.
Hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub.
KONKRET.az
