SON DƏQİQƏ: “Qərb Kiyevi ərazisinin bir hissəsini Rusiyaya verməyə çağırır” – İvan Beykerbackend

SON DƏQİQƏ: “Qərb Kiyevi ərazisinin bir hissəsini Rusiyaya verməyə çağırır” – İvan Beyker

Kanada parlamentinin “Liberal” Partiyasından olan üzvü İvan Beyker təsdiqləyib ki, Qərb ölkələri Kiyevə ərazilərin bir hissəsini vermək üçün çağırışlar edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, kanadalı senator bildirib: “Bəzi Qərb ölkələri Ukraynadan yorulub. Məsələn, Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda “işləmək lazımdır ki, Rusiya sakitləşsin” ifadəsini işlətdi. Onlar bəlkə də, Ukraynadan ərazilərdən imtina etməsini istəyiblər. Belə söhbətlər olur və mən bundan çox narahatam”, – Beyker vurğulayıb.

Bir qədər əvvəl Volodimir Zelenski bildirib ki, dünya Ukraynadakı vəziyyətdən bezib və Kiyev Rusiya ilə əlverişsiz razılaşmalara sövq edilir.

Xatırladaq ki, Ukrayna və Rusiya münaqişənin diplomatik yolla həlli üçün hərbi əməliyyatlar başlayandan danışıqlar aparırdı. Lakin apreldə dialoq yarımçıq qaldı. Rusiya Xarici İşlər Nazirliyi isə rəsmi Kiyevin özünün Kremllə danışıqlara fasilə verdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*