SON DƏQİQƏ: Qusarda 5 nəfər dəm qazından boğuldu – VİDEO + FOTOLARbackend

SON DƏQİQƏ: Qusarda 5 nəfər dəm qazından boğuldu - VİDEO + FOTOLAR

Qusarda beş nəfərin dəm qazından boğulması ilə nəticələnən faciə baş verib. 

KONKRET.az-ın şimal bürosunun məlumatına görə,  hadisə Qusar rayon Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə yerinə Təcili Tibbi Yardım və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faciə nəticəsində 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqları həyatını itirib.

Cəsədlər ekspertiza olunması üçün Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov,

KONKRET TV

  • Tahir
    Fevral 17, 2022 - 20:03

    “Səmt qazının istifadəsindən yaranan dəm qazından boğularaq vəfat edib” yazılsa daha düz olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*