“Rusiya” xüsusi uçuş bölməsinin “Tu-214” bortu Moskvadan Qazaxıstana uçub.
KONKRET.az “Lenta.ru”ya istinadən xəbər verir ki, təyyarə Moskvanın “Vnukovo” hava limanından havaya qalxaraq Qazaxıstana istiqamət alıb. Bu barədə “Military Observer” Telegram kanalı məlumat yayıb.
Söhbət Qazaxıstanın paytaxtı Nur-Sultana istiqamət aldığı güman edilən “Tu-214”dən gedir. Təyyarə artıq sərhədi keçib.
Qeyd edək ki, çərşənbə günü səhər saatlarında Qazaxıstandakı etirazlar fonunda biznes təyyarələrinin kütləvi şəkildə Avropaya doğru uçmağa başladığı məlum olub.
Xatırladaq ki, Qazaxıstanda etirazlar bazar günü, yanvarın 2-də benzinin qiymətinin bahalaşmasından sonra başlayıb. Ölkədə vəziiyyət hələ də gərgin olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

rus gavurları Qazax Qardaşlarımıza Tələ hazırlayırlar…
bir müddətdən sonra Qazaxıstanın şimalında ruslar Muxtar Dövlət quracaqlar ki qazaxlar bizi əzirlər sonra isə aydındır
bir müddətdən sonra Qazaxıstanın şimalında ruslar Muxtar Dövlət quracaqlar ki qazaxlar bizi əzirlər sonra isə aydındır