Sumqayıtda partlayış olub.
KONKRET.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda ev 71 mənzil 33 ünvanında baş verib.
Partlayış qaz sızması nəticəsində baş verib.
Hadisə zamanı1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
APA.az
