Donetskdə iki yaşayış məntəqəsi Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Donets Xalq Respublikası və Birgə nəzarət və kordinasiya mərkəzi məlumat yayıb.
Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində ölən və yaralananların olduğu bildirilir. Xalq milislərinin nümayəndəsi Eduard Basurin qeyd edib ki, yaşayış məntəqələri qadağan olunmuş 120 və 122 millimetr kalibirli mərmilərdən atəşə tutulub.
Belə ki, Leninskoye qəsəbəsinə 122 millimetrlik 38 mərmi, Belaya Kamenka qəsəbəsinə isə 120 millimetr kalibrli 15 mina atılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
