Son iki ildə İranı 4 min həkim və tibb bacısı tərk etdibackend

Son iki ildə İranı 4 min həkim və tibb bacısı tərk etdi

İki il ərzində hökm sürən kəskin iqtisadi tənəzzül və yoxsulluq, eləcə də əmək haqlarının aşağı olması səbəbindən İranı 4 min həkim və tibb bacısı tərk edib.

KONKRET.az-ın məlumatına görə, “Azad İran” Telegram kanalı xəbər verir ki, bu barədə İran parlamentinin Tibb Komissiyasının rəisi Hüseynəli Şəhriyari məlumat verib. Onun sözlərinə görə, yuxarıda sadalanan səbəblərdən digər ölkələr artıq iranlı tibb işçilərini daha əlverişli şərait təklif edərək rahat şəkildə öz ölkələrində işləməyə dəvət edirlər.

Millət vəkili əlavə edib ki, bu isə İranda tibb işçilərinin çatışmazlığına səbəb olur. Buna görə dövlət və parlament mövcud şəraitin qarşısını almaq üçün tədbirlər görməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*