Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 547 vaksin vurulub.
Nazirlər Kabineti yanında operativ qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 339 121 təşkil edir.