Azərbaycanda son sutkada koronavirus əleyhinə 54 455 vaksin vurulub.
KONKRET.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 409 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 milyon 045 min 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 617 min 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 428 min 268 təşkil edir.
