Rusiya müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, S.Şoyqunun Şimali Koreyaya səfəri Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
O da qeyd edilib ki, Rusiya heyətinin səfəri iki ölkə arasında münasibətlərin inkişafına səbəb olacaq.
