Şoyqu: “Ümid edirəm ki, “Crocus” terrorunun arxasında Fransa dayanmır”backend

Şoyqu: “Ümid edirəm ki, “Crocus” terrorunun arxasında Fransa dayanmır”

Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornyu Rusiya Federasiyasına son xəbərdarlığını edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 3-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarının “israrlı” telefon zənglərinə cavab verib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, Lekornyu “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib. Eyni zamanda israrla Ukrayna və Qərb ölkələrinin terror aktında əli olmadığına inandırmağa çalışaraq məsuliyyəti İŞİD-in üzərinə atıb.

Şoyqu fransalı həmkarını bunun əksinə inandırmağa çalışıb və bu terror aktının arxasında Fransa xüsusi xidmət orqanlarının dayanmadığına ümid etdiyini bildirib.

“Ukrayna üzrə dialoqa hazırlıq müzakirə olunub. Danışıqların başlanğıc nöqtəsi kimi “İstanbul Sülh Təşəbbüsü”nə əsaslanmaq olar. Rusiyanın iştirakı olmadan Cenevrədə görüşün keçirilməsi mənasızdır”, – bəyanatda deyilib.

“Reuters” isə xəbər verib ki, Paris bəyanatın “İstanbul razılaşmaları əsasında Ukrayna üzrə dialoqa hazır olduğu” barədə hissəsini inkar edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*