“Spirt orucu pozmur” – Din xadimindən AÇIQLAMAbackend

"Spirt orucu pozmur" - Din xadimindən AÇIQLAMA

Aprelin 14-dən başlayan Müqəddəs Ramazan ayı ikinci dəfə koronavirus pandemiyası dövrünə təsadüf edib. Pandemiya dönəmi olduğu üçün insanlar dezinfeksiya məhsullarından, eyni zamanda spirtdən tez-tez istifadə edir.

Maraqlıdır, bəs spirtdən istifadə etmək orucu batil edirmi?

KONKRET.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin “İçərişəhər” məscidi üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlidən açıqlama alıb.

O, spirtin orucu batil etmədiyini qeyd edib:

“Orucu pozan 9 şərt var ki, ətirdən və ya dezinfeksiya məqsədi ilə spirtdən istifadə etmək bu şərtlərə daxil deyil, yəni orucu batil etmir. İnsanlar karantin qaydalarına, eyni zamanda spirtdən rahatlıqla istifadə edə bilərlər. Hətta ətirdən istifadə etmək islam dinində bəyənilən ən böyük savab işlərdəndir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*