“Dəhşətli bir söz deyəcəyəm: hətta Hitler də Stalinə nisbətən daha yaxşı olub! Bəli, belədir. Hitlerə nifrət edirəm, amma ona Stalinlə müqayisədə yarım qram da olsa daha çox hörmət edirəm. Çünki Hitler heç olmasa öz xalqına, almanlara demək olar ki, toxunmurdu. Stalin isə qarşısına çıxan hər kəsi məhv edirdi: osetinləri də, gürcüləri də, rusları da, ukraynalıları da.
KONKRET.az xəbər verir ki, vaxtilə bu sözləri SSRİ Xalq artisti Leonid Bronevoy deyirdi.
O SSRİ haqqında çox kəskin danışırdı:
“SSRİ dəhşətli bir qorxu filmidir. Stalin isə Hitlerdən də betərdir. Sovet İttifaqında baş verənlərin heç biri ən qorxunc nağıllarda belə təsvir olunmayıb. Bu, 70 il davam edən, dəhşətli və absurd bir qorxu filmi idi. O qədər ağır film idi ki, biz hələ də onun təsirindən çıxa bilməmişik və başqa bir mənzərəyə, başqa bir reallığa uyğunlaşa bilmirik.
Bir məsələyə diqqət yetirin: Stalinin düşərgələrindəki vəhşiliklər, dissidentlərlə birlikdə batırılan barjalar, insanların birbaşa iş yerlərində güllələnməsi, “xalq düşməni” elan edilən insanların milyonlarla yetim qalmış uşaqları haqqında nə qədər məlumat var.
Amma buna baxmayaraq, hələ də Volqoqradın yenidən Stalinqrad adlandırılmasını istəyənlər, kommunist partiyasının mitinqlərinə çıxanlar var. Yeltsin isə arağın imkan verməməsi üzündən bu partiyanı vaxtında qadağan etmədi. İndi həmin insanlar küçələrə çıxıb “Stalin! Stalin!” deyə qışqırırlar”.
Hazırladı: Natiq Səlim,
KONKRET.az