Su basmış elektrik stansiyasında son vəziyyət – VİDEObackend

Su basmış elektrik stansiyasında son vəziyyət - VİDEO

Xəbər verildiyi kimi, ötən gün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi intensiv yağışlar səbəbindən subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən məlumata görə, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Qeyd edək ki, suçəkmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarından ümumilikdə 41 nəfərdən ibarət şəxsi heyət, 9 texnika, 5 motopompa və 3 nasos cəlb olunub.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*