Yaxın gələcəkdə heç bir sülh müqaviləsi gözlənilməməlidir.
KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryan deyib.
Onun sözlərinə görə, sazişin əsas bəndlərinin ardıcıllığına dair bütün bəyanatlar deklarativ xarakter daşıyır:
“Reallıqda isə prosesi sazişin imzalanmasına gətirib çıxara biləcək ciddi proseslər baş vermir. Əksinə prosesə süni maneələr yaradılır, çünki Ermənistanla sülh imzalamaq istəmirlər.
İndiki mərhələdə Azərbaycanın əsl məqsədi Ermənistan Silahlı Qüvvələrinin parçalanması, ordunun formal struktur səviyyəsinə çatdırılmasıdır. Bu məqsədlə müvafiq informasiya fonu yaradılır, Bakı Ermənistandan daima silah alınmasından şikayətlənir, indi Qərbi “Ermənistanı silahlandırmaqda” ittiham edir.
Silah tədarükü ilə bağlı ittihamlarla yanaşı, Bakı heç vaxt bəyan etməkdən əl çəkmir ki, Ermənistanın Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bu cür silahları əldə etməsi barədə məlumat alınarsa, Azərbaycan Silahlı Qüvvələri zərbə endirəcək”, – ekspert xatırladıb.
Vitali Manqasaryan hesab edir ki, Bakı bu bəyanatlarla ölkənin dərinliklərinə zərbə endirmək üçün zəmin hazırlayır:
“Ermənistan müxtəlif ssenarilərə hazır olmalıdır. Ancaq indi Azərbaycan sərhəddə vəziyyətin gərginləşməsinə can atmayacaq. Bu, indiki mərhələdə onlar üçün qəbuledilməz olan böyük itkilərə səbəb olacaq. Buna görə də, bu hədəfləri özləri üçün təhlükə kimi gördüklərini bəyan edərək, arxa hədəfləri vurmaq üçün uzaqmənzilli silahlardan istifadə edəcəklər. Beynəlxalq təcrübənin göstərdiyi kimi, belə hallarda dünya təcavüzə reaksiya vermir”.
O, əlavə edib ki, bu gün bunun üçün informasiya bazası yaradılır:
“Ermənistan bütün bu riskləri dəyərləndirməli, sığınacaq məsələlərini fəal şəkildə həll etməli, velosiped sürməməlidir”.
İlkanə Şəvəqqət,
KONKRET.az
Rəsul Quliyev demişkən bu bədbaxlar pıs oxuyan şagird kimi elə hey zariyirlar,”muəllim indi döyəcək, müəllim bir azdan döyəcək”
Qanmirlar ki,oxumursan cəhənnəmə oxu gora oxu, hec olmasa deyiləni eşit öl yerində otur.Gundə dalına bir day day salib gətirmə.😂😂😂
Sürət Hüseynov demişkən, ma a belə gəlir ki, ermənilərin buynuzları girişir