“Sülh normal bir vəziyyət deyil, planetimizdə sülh yoxdur” – Qeqamyanbackend

"Sülh normal bir vəziyyət deyil, planetimizdə sülh yoxdur" - Qeqamyan

“Ermənistanın indiki cahil hakimiyyəti açıq şəkildə ölkənin tamamilə tərk-silah olunmasına hazırlaşır və Türkiyə-Azərbaycan qarşısında təslim olma xətti yürüdür. Paşinyan bu hesabla Ermənistan sakinlərinin əbədi bir sülh və maddi rifah içində yaşayacağına inanır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Armeniya Today”a müsahibəsində politoloq Varujan Qeqamyan deyib. O, əlavə edib ki, “Müharibə bizim iradəmizə qarşı gəlir, çünki dünya müxalifət qanunları ilə idarə olunur. Xalqımız bu həqiqəti dərk etmək istəmir. Buna görə də müharibə günlərində düşmənlərə sülh illərində zəhmət çəkərək qazandığımız faydaları verir, özü isə yadların qapısında dilənçi kimi gəzir. Xalqımızın barışın əbədi olmadığını başa düşməsini istərdik və bu, müvəqqəti bir möhlətdir. Sülh normal bir vəziyyət də deyil, planetimizdə sülh yoxdur, bəşər tarixində də ola bilməz. Bizim üçün Njdenin göstərişləri bu gün hər zamankından daha aktualdır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*