Sumqayıt Dövlət Universitetinə rektor əvəzi TƏYİN EDİLDİbackend

Sumqayıt Dövlət Universitetinə rektor əvəzi TƏYİN EDİLDİ

Sumqayıt Dövlət Universitetinə (SDU) yeni rektor əvəzi təyin edilib.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki,  sözügedən vəzifə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqova həvalə edilib.

O, universitet rektorunun səlahiyyətlərini icra edəcək.

Məlumatı saytımıza açıqlamasında Agentliyin mətbuat xidməti təsdiq edib.

Qeyd edək ki, Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universitetinin) Tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini alıb. 2013-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci ildə “Kompüter elmləri” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

O, 2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb. 2024-cü ildən etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində işləyir.

Xatırladaq ki, SDU-nun keçmiş rektoru Rüfət Əzizov bir müddət əvvəl ADNSU-ya rektor təyin edilib.

1416138

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*