Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…backend

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonları üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, təxminən, 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*