Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.
KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, hadisə 26-cı məhəllə ərazisində baş verib.
Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseynxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
