Sumqayıt şəhərində ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb”, – məlumatda qeyd olunub.
23:04
Sumqayıt şəhərində ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a bildirilib.
“Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
22:45
Sumqayıtda Karvan Ticarət Mərkəzinin yaxınlığında fəaliyyət göstərən “Cavid” Ticarət Mərkəzində yanğın başlayıb.
KONKRET.az-ın Sumqayıtda olan əməkdaşı xəbər verir ki, yanğın mağazalardan birində qeydə alınıb.
Belə ki, ilkin məlumata görə 15 kvadrat metrlik ərazi yanıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Regional Mərkəzinin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Yanğının artıq söndürüldüyü deyilir.
Müşviq Tofiqoğlu
KONKRET.az