Maştağa qəsəbəsində Bakı Bus MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Marşrut avtobusunun qəzaya düşməsinin anbaan görüntüləri də yayılıb.
Videoqeydiyyatçı ilə qeyd alınan görüntülərdə boş avtobusun sürətlə irəlilədiyi görünür. Sonrakı kadrlarda isə onun qarşıdakı obyektə çırpılaraq dayandığı aydın olur.