“Şuşa bizə nə dəqər doğmadırsa, İlham Əliyev də bir o qədər əzizdir” – Akif Əli yazırbackend

"Şuşa bizə nə dəqər doğmadırsa, İlham Əliyev də bir o qədər əzizdir" - Akif Əli yazır

Akif Əli, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist

İlk təəssürat

Bu gün Azərbaycan xalqı öz şanlı tarixinin ən əlamətdar Qələbə Günün yaşayır. Mədəniyyət beşiyi füsunkar Şuşamız nəhayət, düşmən tapdağından azad edildi.

Bu gün bütün Azərbaycan və bütün türk dünyası sevinc içindədir. Kəndlərimiz, şəhərlərimiz çal-çağırla şadlıq edir. İnsanların xoşbəxt ürəyindən püskürən hisslər  gözlərdən axan sevinc yaşlarına qarışır.

Bu cür misli görünməyən sevinci bu xalqa yaşadan Ali Baş Komandan var olsun! Bu böyük Qələbəni bizə öz canı-qanı bahasına gətirən Azərbaycan Ordusuna alqış! Bu şərəfli yolda ömrünü fəda etmiş müqəddəs şəhidlərimizin ruhu şad olsun!

Hamı kimi mən də doğulduğum Şuşa şəhərini görmək həsrəti ilə 30 il idi intizar içində bu günü gözləyirdim. Sentyabrın bir xoş sabahı Ali Baş Komandanın “Hücum!” əmri ilə qanlı döyüşə atılan Ordumuzun hər addımını izləyir, qarış-qarış Qarabağ torpaqları azad etdikcə ürəkdən sevinir, qürur hissi keçirirdik.

Vətən müharibəsinin artıq ilk günlərindən Ali Baş Komandanın qətiyyətini, igid oğullarımızın şücaətini görüb Qarabağın nadir incisinin, dünyaya göz açdığım gözəl Şuşanın azad olunacağına inanırdım. Və bu inam barədə ürək sözlərimi hələ Cəbrayıl-Füzuli istiqamətində ağır döyüşlər aparan ordumuza mənəvi dəstək vermək amalı ilə gecə-gündüz qarşısından ayrıla bilmədiyimiz kompüterdən twitter və facebook sosial şəbəkələrində yazmışdım: “Ermənilər neyləsə də, nə saxtakarliqlara əl atsa da, nə vəhşiliklər törətsə də, nə qədər dirəniş göstərsə də, kimi köməyə çağirsa da, mən onsuz da öz evimə – doğulduğum qədim azərbaycan şəhəri Şuşaya qayıdacam. Və məni ora cəsur Azərbaycan Ordusu aparacaq! (11 oktyabr)”

Və budur… nəhayət! Ordumuz bizi evimizə qaytardı!

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra dövlət başçısı Şəhidlər xiyabanından xalqa müraciət edərək dedi:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”

Bəli, 30 ilə yaxın işğal altında olan Şuşa azad edildi! Biz Şuşaya qayıtdıq! Müharibə meydanında düşməni darmadağın edən Azərbaycan Əskəri vətən tarixinə  parlaq bir Qələbə günü yazdı. Son bir neçə əsrdə xalqımızın qazandığı ən mühüm qələbələrdən olan 8 noyabr Zəfər Günü!

Prezident İlham Əliyevin xalqa müraciəti zamanı dediyi bu sözlər onu ləyaqətli bir oğul kimi bir daha xalqın gözündə ucaltdı: “…Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bütün dünya azərbaycanlılarının sevimlisinə, türk dünyasının fəxrinə çevrilən  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev bu günlərdə həqiqətən tarixi uğurlara imza atır. O təkcə döyüş meydanında yox, həm də beynəlxalq müstəvidə, diplomatiya sahəsində erməni saxtakarlarının iç üzünü açıb ifşa edir. Onların iki yüz il ərzində var gücləri ilə qurub-yaratdığı “Dənizdən-dənizə Ermənistan”, “Qədim mədəni erməni xalqı”, “Məğlubedilməzlər”, “Seçilmiş əlahiddə millət” və s. bu cür xəstə təfəkkür məhsulu olan qondarma, süni miflərini darmadağın etdi. Daha bu dünyada “Böyük Ermənistan” yoxdur!

Açığı, erməni xislət barədə düşünəndə hərdən fikirləşirsən ki, doğrudan da bu qaraçı tayfa bu gözəl dünyanın üz qarasıdır. Bəs bu dərəcədə murdar, yalançı, saxtakar, mədəniyyətsiz, vəhşi insanabənzər sürünü yaratmaqda görən uca Tanrının məqsədi nə olub?! Yəqin ki, müasir mədəni sivilizasiyamız üçün bu “sirr” də nə zamansa aydın olacaq…

Hələliksə, biz düşmənin bağrını çatladan bu tarixi günlərin sevincini yaşamaqda davam edək. Bizim Şuşamız artıq azadlıqdadır! Biz əziz Şuşaya qayıtdıq! Biz onu murdar tapdaqlardan təmizləməyə, dirçəltməyə, qurub-yaratmağa, gözəlliyini özünə  qaytarmağa qayıtdıq! Biz ona görə qayıtdıq ki, Qarabağ bizimdir! Qarabağ – Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*