Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilibbackend

Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, iclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra komitələrin birgə  iclasının gündəliyindəki məsələlər müzakirə yə təqdim olunub. Bildirilib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında fikirlərini bildiriblər.
Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s istiqamətlərdə çıxışlar ediblər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*