Tacikistan Prezidenti ikinci dəfə qəhrəman olmaq istəyir – MÜRACİƏTbackend

Tacikistan Prezidenti ikinci dəfə qəhrəman olmaq istəyir - MÜRACİƏT

Tacikistan Prezidenti Emoməli Rəhmon respublikanın ən yüksək mükafatına layiq görülməlidir. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, oktyabrın 8-də Tacikistan Höküməti yanında Gənclər və İdman Komitəsi tərəfindən Facebook-da hakimiyyətə müraciət yayımlanıb. Müraciətdə səsləndirilən təkliflər əsasən ölkənin Kulyab və Tursunzadə gənclərinin fikirləridir.

Həmin müraciətdə bildirilir ki, dövlət başçısı iki dəfə Tacikistan Qəhrəmanı adına layiq görülməlidir.

Ümummilli liderə müraciətdə daha sonra deyilir:.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

“… Biz, gənc bir nəsil, böyük sədaqət və iftixarla Zati-alilərinin və ölkənin tam sabitliyinin layiqli davamçıları olmağı və gələcəkdə həqiqi davamçılar olaraq yüksək ixtisaslı mütəxəssislərə çevriləcəyimizə və xalqa, əziz Tacikistana xidmət edəcəyimizə söz veririk”.

Xatırladaq ki, Emomali Rahmon artıq 1999-cu ildə ölkənin qəhrəmanı adına layiq görülüb. Ümumilikdə, prezidentlik karyerası ərzində prezident təxminən 30 dəfə medal, rütbə və ordenlərlə təltif edilib.

Bir cavab yazın