“Zövqlər çox körlanıb. Sənətdən xəbəri yoxdur, səs yazma studiyasının qabağında yatır”.
KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmaroğlu qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Sənətçi 12 yaşında ifa etdiyi “Bayatı Şiraz” musiqisinin gənc ifaçılar tərəfindən oxumasını qınayıb.
“”Bayatı Şiraz” mənim ifamla qalmalı idi. Onu təkrar oxumağa nə ehtiyac vardı? Gənc ifaçılara tövsiyyə edirəm ki, necə mən 12 yaşımda “Bayatı Şiraz”ı yaratmışam, indidə onlar başqa bir musiqi yaratsınlar”.