“Taliban”dan qadınlarla bağlı daha bir QADAĞAbackend

"Taliban"dan qadınlarla bağlı daha bir QADAĞA

Taliban” Herat əyalətində yaşıllıqları olan restoranlara qadınların girişini qadağan edib.

KONKRET.az xarici KİVə istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən məmur bildirib.

Onun sözlərinə görə, bu tədbirlər din alimlərinin və ictimaiyyət nümayəndələrinin şikayətlərindən sonra həyata keçirilib.

“Taliban” iddia edir ki, qadağalar qadınların hicabı düzgün geyinməməsi səbəbindən tətbiq edilib.

Qeyd olunub ki, tədbirlər Heratdakı müəssisələrə şamil edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*