backend

Taliban-İran müharibəsində ABŞ-ın ŞOK PLANI: 2025-ci ilə qədər Vəziristan yaranacaq - DETALLAR

Talibanın İrana qarşı müharibə elan etməsi bütün dünyanın diqqət mərkəzindədir. Artıq radikal hərəkatın İranla sərhədə hərbi texnika cəlb etdiyi və toqquşmaların baş verdiyi haqda məlumatlar da var. Bəs görəsən, Talibanın İrana qarşı müharibə elan etməsinin səbəbi nədir? Ümumiyyətlə bu məsələdə ABŞ və Qərbin əl izi varmı? Müharibə nə ilə nəticələnə bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Əfqanıstan və İran münasibətləri tarixən çox gərgin olub: “Nəzərə almaq lazımdır ki, Əfqanıstan son 50 ildə gah ABŞ-ın, gah da SSRİ-nin təsir dairəsinə düşüb. Hazırda ABŞ Əfqanıstandan çıxsa da, orada təxminən 85 milyard dollar dəyərində silah-sursat saxlayıb. Bu, Taliban və ABŞ-ın gizli razılaşması deməkdir. ABŞ-ın hansı yolla olursa-olsun 2025-ci ilə qədər İranı dağıtmağı planlaşdırır. Orada 5 yeni dövlət yaradılmalıdır ki, bunlardan biri də Əfqanıstanla sərhəddə yerləşəcək Vəziristandır. Hazırda İran Əfqanıstanı Gilmən çayının qarşısında Su Elektrik Stansiyası (SES) tikməkdə ittiham edir. Yəni Tehran öz ərazilərinin suvarma suyu ilə təmin olunmadığını əsas gətirir. Dolayısı ilə ran Əfqanıstanı bu və ya digər formada təxribata çəkir ki, bu da Talibanın çoxdan gözlədiyi bəhanədir. Ümumiyyətlə, əfqanlar müharibəsiz yaşaya bilmirlər. Qonşu Hindistan və Pakistanla müharibə apara bilməyəcəklərini anladıqlarından İranı hədəfə alıblar. Çünki Talibanın Tehranla ciddi problemləri mövcuddur. Hər ikisi özünü İslam Respublikası adlandırır və şəriət qaydaları ilə idarə olunur. Əfqanıstan daha çox fundamental İslam istiqamətini (sünnilik), İran isə şiəliyi seçib. Ona görə də, bu iki dövlətin müharibə edəcəyi proqnozlaşdırılırdı. Müharibənin gecikməsinin səbəbi isə İranın Əfqanıstan üçün lazım olan bəhanəni verməməsi idi. Amma hazırda Tehran bu kozırı da Talibanın əlinə verib”.

Cümşüd Nuriyev məhkəməyə verilib

Politoloqun sözlərinə görə, Taliban İran sərhədinə ağır texnikanı cəlb edib və hər iki tərəfdən itkilər var: “Burada ABŞ-ın tapşırığı birmənalı şəkildə icra olunur. Amma Tehran açıq müharibəyə girməməyə çalışacaq. Talibanın da əsas məqsədi məhz budur. Əfqanıstanın açıq dənizə çıxışı yoxdur. Onlar cənub-şərqi İranı nəzarətə götürməklə Əfqanıstana birləşdirmək və okeana çıxış əldə etmək istəyirlər. Yəni ABŞ-ın planı belədir. Bu, Taliban üçün çox vacibdir. Çünki onlar daha çox narkotik ticarəti ilə məşğul olurlar və bir növ İranla rəqabətdədirlər. Ona görə də, Əfqanıstanın İranla müharibə aparması üçün bütün təhdidlər mövcuddur. Üstəlik, belucilər İran rejimini heç cür qəbul etmir. Ona görə də, onların Talibanla birləşməsi mümkündür. Çünki belucilər İran daxilində olan ən böyük müxalif qüvvələrdir və onlar farsları qəbul etmir. ABŞ çalışacaq ki, müharibə Talibanın qələbəsi ilə başa çatsın. Yəni İran çox çətin seçim qarşısındadır. Hər bir halda İran bu müharibədən qaçmayacaq. Amma bu, Tehranın qələbəsi demək deyil”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*