“Taliban” narkotik becərilməsini qadağan etdibackend

“Taliban” narkotik becərilməsini qadağan etdi

“Taliban” hökuməti Əfqanıstanda xaşxaş becərilməsini tamamilə qadağan edib.

KONKRET.az “TRT”-yə istinadən xəbər verir ki, “Taliban” administrasiyası bununla bağlı bəyanat yayıb.

“Taliban” hökumətinin başçısı molla Hibetullah Axundzadənin qərarı ilə bütün ölkədə spirtli içkilər, heroin, narkotik həblər, sərxoşedici maddələrin istifadəsi, ticarəti və hər cür narkotik istehsal edən fabriklərin fəaliyyəti qadağan olunub. Bu qərarı pozan mühakimə ediləcək və cəzalandırılacaq.

Qərara əsasən, bütün ölkə ərazisində xaşxaş əkini aparılmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*