Taliban qruplaşması Tacikistanın Əfqanıstan sərhədində yerləşən Farhor rayonunu raket astəşinə tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Tacikistanın güc strukturları məlumat yayıb.
“Taliban döyüşçüləri 7 ədəd raket atıb. Raketlərdən 4-ü Pyanc çayına, 3-ü isə meşə zolağının yaxınlığına düşüb”, – məlumatda qeyd olunub.
Raketlərin Tahor əyalətindən atıldığı bildirilib.