Kabildə qadınlar Talibana etiraz edir.
KONKRET.az xəbər verir ki, bu haqda “Azad İran” teleqram kanalı video paylaşıb.
Əfqanıstanda Qadın Etiraz Hərəkatı Koalisiyasının üzvləri şənbə günü BMT baş katibinin müavini Aminə Məhəmmədin Dohada Taliban hökumətinin rəsmi şəkildə tanınması ilə bağlı şərtlərə yenidən baxılmasının mümkünlüyünə dair açıqlamasına etiraz ediblər.
Onlar küçələrə axışaraq “Talibanın tanınması dünya üçün rüsvayçılıqdır” şüarı səsləndiriblər.
Ayan
KONKRET.az
