Tanınmış aparıcı AzTV-dən ayrıldıbackend

Tanınmış aparıcı AzTV-dən ayrıldı

“İdman TV”nin tanınmış şərhçilərindən olan Ramiz Mirzəzadə idman jurnalistləri günündə iş yerini dəyişməyi qərara alıb.

KONKRET.az xəbər verir ki, o, öz istəyi ilə telekanaldan ayrılıb.

10 ildir ki, “İdman TV”də əsasən, futbol matçlarında şərhçilik edən və müxtəlif verilişlərin aparıcısı olan Ramiz Mirzəzadə bundan sonra ölkənin digər idman telekanalı “CBC Sport”da fəaliyyətini davam etdirəcək.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*