“İmprotex motors” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.
KONKRET.az xəbər verir ki, şirkətlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti Kafari Seyran Əli oğlu edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Günay Axundovanın icraatındadır. Məhkəmə iclası oktyabrın 2-də keçiriləcək.
Qeyd: BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycana rəsmi idxalçısı olan MMC-nin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir. İddiaçı Seyran Kafari isə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin qardaşıdır.//Pravda.az
