Tanınmış jurnalist baş direktor təyin olundubackend

Tanınmış jurnalist baş direktor təyin olundu

Tanınmış jurnalist İmdad Əlizadə fevralın 7-dən fəaliyyətə başlayan müstəqil “Teleqraf” İnformasiya Agentliyinin baş direktoru təyin edilib.

KONKRET.az xəbər verir ki, agentlik “Teleqraf” Media Qrupuna daxil olan “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb.

İmdad Əlizadə 1998-ci ildən mediada fəaliyyət göstərir. “İntibah”, “Persona”, “Həftə içi” qəzetlərində, “Media forum” saytında, “Trend” və “Report” informasiya agentliklərində işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*