62 yaşlı tanınmış jurnalist GÜLLƏLƏNDİ – FOTObackend

Tanınmış jurnalist GÜLLƏLƏNDİ - FOTO

Meksikanın cənubunda naməlum şəxs tanınmış jurnalist Fredi Lopez Arevalonu güllələyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Heraldo de Chiapas” nəşri məlumat yayıb.

Məlumata görə, 62 yaşlı jurnalist axşam saatlarında evə qayıdarkən, naməlum cinayətkar onu odlu silahla ölümcül yaralayıb.

Qeyd edək ki, Lopez Arevalo müxtəlif xarici agentliklərin müxbiri olub və yerli “Novedades de México, Prensa Libre de Guatemala Notimex” nəşrlərində redaktor vəzifəsində çalışıb.

Arevalo Çyapas əyalətində baş verən hadisələr haqqında oxucuları ispan, ingilis və fransız dillərində məlumatlandıran regional “Maya Press” agentliyini təsis edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*