Taras Kremen: “Rus dili dərsləri tam dayandırılacaq”backend

Taras Kremen: "Rus dili dərsləri tam dayandırılacaq"

Ukraynanın Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili Taras Kremen sosial şəbəkələrdə rus dilinə qarşı yeni tədbirləri açıqlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu ilin sentyabrından məktəblərdə rus dili dərslərinin tam dayandırılması məsələsi qaldırılacaq. Qurum rəsmisi boşaldılmış dərs saatlarının Ukrayna tarixi, eləcə də dili və ədəbiyyatının öyrənilməsinə ayrılmasını düzgün hesab edir. Bundan əlavə, təhsil müəssisələrində ingilis dili rus dilini əvəz edə bilər.

Qeyd edək ki, Ukrayna vətəndaşlarının 36%-i rus dilində danışır. Ruslar ölkədə ikinci ən böyük etnik qrup sayılır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*