“Tarif Şurası ləğv edilsin, səlahiyyətləri parlamentə verilsin” – Millət vəkilindən TƏKLİFbackend

“Tarif Şurası ləğv edilsin, səlahiyyətləri parlamentə verilsin” - Millət vəkilindən TƏKLİF

“Tarif Şurası ləğv edilməli və səlahiyyətləri parlamentə verilməlidir”.

KONKRET.az xəbər verir ki, bunu deputat R. Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.

O, bildirib ki, belə qərarları 5-6 nəfər yox, Milli Məclis üzvləri verməlidir:

“10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. Çünki Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*