“Elnur Nəciyevin və Emil Cəbrayılovun sağ-salamat tapılmasına görə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə dərin təşəkkür edirəm”.
Bunu KONKRET.az-a açıqlamasında E.Nəciyevin həyat yoldaşı Günay Nəciyeva bildirib.
O deyib: “Dünən gün boyu çox həyəcanlı idim. Gecə axtarışın hava şəraitinə görə dayandırılması isə mənə çox pis təsir etmişdi. Amma bu səhər xoş xəbəri aldıq. Bizə dəstək olan hər kəsə, o cümlədən millət vəkili Anar İsgəndərova, Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyevə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevə, tarixçi Nazim Xəlilova və bütün jurnalistlərə dərin təşəkkür edirik. Əziz dostlar, var olun!”
