Tarixçi Qayane Ayvazyan: “Erməni nifrəti və təkəbbürü faciəli nəticələrə gətirib çıxardı”backend

Tarixçi Qayane Ayvazyan: "Erməni nifrəti və təkəbbürü faciəli nəticələrə gətirib çıxardı"

“Bu qədər insanın qırğına verilməsi müqabilində Ermənistan Dağlıq Qarabağ üçün aralıq status da ala bilmədi. Lakin buna baxmayaraq əminəm ki, belə çətin şərtlərdə belə Ermənistan yaranmış sülhü dəyərləndirməlidir“.

KONKRET.az xəbər verir ki,bu sözlər erməni tarixçi Qayane Ayvazyana məxsusdur. O, “Epress.am” portalına müsahibəsində daha sonra bunları deyib ki, “2016-cı ilin aprel müharibəsi status-kvonun bitdiyini göstərən açıq bir siqnal idi”. Müharibə dörd gün davam etdi. Çünki Ermənistanın o zamankı gücü məsələnin sülh yolu ilə həllinə getməyi göstərdi. Lakin təkəbbür və siyasi səbatsızlıq reallığı qəbul etməyə qoymadı. “Sasna Tsrer” qiyamı Serj Sarkisyana ölkə daxilindəki maksimalist qüvvələrin danışıqlar çərçivəsinə süni mane olduğunu göstərdi. Qarabağ probleminin həllinə alternativ olmadığını görən Sarkisyan 2018-ci il inqilabını qanlı bir dənizdə boğmadı və getdi. 2018-ci il xalq inqilabı nəticəsində hakimiyyətə gələn siyasi qüvvəyə də bu cür yanlış yanaşma miras aldı. Hakimiyyətin ilk ilində Paşinyan və həyat yoldaşı Anna Akopyan bu gerçəkliklə qarşılaşaraq cəmiyyəti sülhə hazırlamağa çalışdılar. Bu cəhd Ermənistanın iki keçmiş prezidentinə məxsus medianın müqaviməti və tənqidləri ilə qarşılandı. Sülh çağırışları beləcə cavabsız qaldı. Bu məsələ Ermənistanın ictimai fikri tərəfindən birmənalı qəbul edilmədi”.

Tarixçi fikrini inkişaf etdirərək daha sonra bunları söyləyib: “Baş nazir Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi ilə müharibə yolu seçdi və sülh fikrindən geri çəkildi… Hesablama eynidir: məsələnin həllini təxirə salmaq, atəşkəs rejimini qorumaq, əraziləri təslim etməmək və məsələnin həllinə görə məsuliyyəti Ermənistanın növbəti hökumətinə vermək”.

Tarixçiyə görə, Ermənistan hökuməti və siyasi elita 2020-ci il sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsini düzgün qiymətləndirmədii. Əksinə bu müharibə hesabına yeni əraziləri ələ keçirmək eşqinə düşdülər. “Onlar Azərbaycan ərazilərinin bir hissəsinin işğalını milli azadlıq müharibəsi adlandıraraq qarşılıqlı güzəştlər yolu ilə həll variantlarını rədd etdilər. Bu maksimalist yanaşma nəticəsində Madrid prinsipləri çökdü. Nəticədə yeddi bölgənin, eləcə də qaçqın və məcburi köçkünlərin geri qaytarılması, sülhməramlı qüvvələrin ən azı beş il müddətinə Qarabağda yerləşdirilməsi, silahsızlaşdırılması və status məsələsinin gündəlikdən çıxarılması. Bax, təkəbbürlü siyasətin nəticəsi bu oldu”.

Ayvazyan vaxtın Ermənistan üçün işləmədiyini etiraf edir və indi “müharibə və bir çox qurbanla birlikdə erməni maksimalizmi Dağlıq Qarabağ üçün aralıq status da almadı. Bu son olmasa da, gərginliyi aradan qaldırmaycaq”.

“Bu maksimalizm, nifrət, təkəbbür, razılıq haqlı deyildi və faciəli nəticələrə gətirib çıxardı. Ancaq hər şey hələ itirilməyib. Üstəlik, ağır bir qiymətə və çətin şərtlərdə olsa da, sülh anı yaxınlaşdı. Keçmişdən dərs çıxarmalı və öyrənməliyik. 100 illik təkəbbürdən xilas olmaq çətin olacaq, amma başqa yol yoxdur. Ermənistan qonşuları ilə mehriban qonşuluq münasibətlərinə məhkumdur. Bunu Ermənistan vətəndaşlarının maraqları tələb edir. Hər şey bizdən asılıdır. Böyük qardaşımıza güvənməyə və bölgədə özümüzü qərib və incidilmiş kimi aparmağa davam edəcəyikmi, yoxsa böyüməyə və daxili baxışdan qorxmamağa, dialoqdan və qonşuluqdan qorxmamağa qərar verəcəyik? Seçim asan deyil. Ancaq “ölüm ya olum”  “ölüm və ya azadlıq” dilemmasını tərk etməyə çalışmalıyıq… Ölmək asandır, yaşamaq çətindir. Amma həyat sevgi, bağışlanma, ləzzət, uzlaşma ilə dolu bir şeydir

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*