Türkiyəli müğənni Tarkanın da bağ evinin olduğu kəndə ayılar hücum edib.
KONKRET.AZ Axşam.az-a istinadən xəbər verir ki, havalar soyuduqdan sonra meşədəki ayılar kəndə girib. Onlar bir neçə evə hücum ediblər.
Ayılar ancaq evlərin qapısını qıraraq, mətbəxlərdəki qida vasitələrinə zərər veriblər.
Rüzgarlı yaylağının bələdiyyəsi bildirib ki, Tarkanın qohumları Muammer Tevetoğlu, Dursun Ali Sofu və Mustafa Köymenin evlərinin də ayılar tərəfindən dağıdıldığını bildirib.
