Tayvan Müdafiə Nazirliyi: “Çinə məxsus 49 döyüş təyyarəsi sərhəd xəttini keçdi”backend

Tayvan Müdafiə Nazirliyi: "Çinə məxsus 49 döyüş təyyarəsi sərhəd xəttini keçdi"

Hərbi təlimlərin ikinci günündə 49 Çin döyüş təyyarəsi faktiki dəniz və hava xəttini müəyyən edən “orta xətt”i keçib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama yayıb:

“Avqustun 5-də 24 “SU-30”, 7 “J-10”, 6 “J-11” və 10 “J-16” döyüş təyyarəsi, 1 “Y-8 EW” dəniz nəqliyyat və 1 ədəd “Y-8ASW” dəniz patrul təyyarəsi sərhəd xəttini keçib. Təyyarələrə radio ilə xəbərdarlıq edilib”.

Nazirlik əvvəlki açıqlamasında bildirib ki, təlimlərin ikinci günündə adanın ətrafında 68 döyüş təyyarəsi və 13 döyüş gəmisi görünüb, onlardan bəziləri “orta xətti”i keçib.

Avqustun 7-dək davam edəcəyi gözlənilən təlimlər Çinin suverenlik münaqişəsində olduğu adanın ətrafında faktiki blokada yaradıb.

Qeyd edək ki, hər iki ölkə tərəfindən rəsmi olaraq tanınmayan “orta xətt” 1955-ci ildə Çində baş verən vətəndaş müharibəsindən sonra boğazda və ətrafında münaqişələrin qarşısını almaq üçün ABŞ tərəfindən müəyyən edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*