Tbilisi prospektində qanunsuz quraşdırılmış konstruksiya söküldü – FOTO-VİDEObackend

Tbilisi prospektində qanunsuz quraşdırılmış konstruksiya söküldü - FOTO-VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1058 ünvanında “İşıq İnşaat” MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin dam hissəsində layihə həllərinə uyğun olmayan və binanın memarlıq görkəminə xələl gətirən əlavə konstruksiyanın quraşdırıldığı müəyyən edilib.

KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 sentyabr 2026-cı il tarixində şəhərsalma nəzarəti qaydasında aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində özbaşına inşa edilmiş konstruksiya sökülüb.

Baş İdarədən bildirib ki, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunması, habelə şəhərin memarlıq simasının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*