Tbilisidə etiraz aksiyası bərpa olundubackend

Tbilisidə etiraz aksiyası bərpa olundu

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub.

KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, etirazçıların tələbi dəyişməz olaraq qalıb.

Aksiyaçılar seçkilərin proporsional sistem üzrə keçirilməsini tələb edirlər.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiyada parlamentin binası bloklanmayacaq, belə ki, sabah qanunverici orqanın iclası keçirilməyəcək.

Parlamentin binasının girişlərinə polis əməkdaşları səfərbər olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*