Tbilisidə parlament binası qarşısında aksiya başladı – FOTObackend

Tbilisidə parlament binası qarşısında aksiya başladı - FOTO

Tbilisidə parlament binası qarşısında müxalifət mitinq keçirilir.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın çağırışı ilə Puşkin parkına toplanan minlərlə insan parlament binasının doğru  yürüş edib.

Etiraz aksiyasına “Avropalı Gürcüstan”,  “Vətənpərvərlər Alyansı” partiyalarının tərəfdarları da qoşulub.  Aksiyaçıların tələbləri isə dəyişməyib. Mitinqdə müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi tələb edilib. Mitinqə qoşulmaq üçün ölkənin rayonlarından da  yüzlərlə insanın avtobusla paytaxta gəldiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*